
“Dərvişin mahnısı”
(Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun “Dərviş Parisi partladır” filmindən)
Söz: Fikrət Qoca
Mus. Tofiq Quliyev
İfa: Mirzə Babayev, 1976
Müşayiət: Ramiz Məlikaslanov, AzTVRadSO
1.
Mən bir köhnə dərvişəm,
Cəhənnəmdən gəlmişəm.
Zəmanəni dolayıb,
Barmağıma sərmişəm.
Nəqarət:
Dər-də də-val fətəl-di,
Dü-və, cu-val kə-rən-di.
Düb-lü kü-mal ku-mu-hal,
Diyən, diyən, diyəndi.
2.
Mən bir köhnə dərvişəm,
Çox sifətlər görmüşəm.
Doğru sözə həmişə
Rişxənd edib gülmüşəm.